ABŞ-da silahlı manyak peydə oldu: 5 nəfəri öldürdü

ABŞ-ın Luiziana ştatında atışma nəticəsində 5 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilir ki, şənbə günü səhər Yeni Orleandan qərbdə iki yerdə atışma qeydə alınıb.

Livinqston dairəsində silahlı insident nəticəsində 3 nəfər, Asensyon dairəsində 2 nəfər öldürülüb. Polis bu iki hadisənin bir-biri ilə əlaqəli olduğunu güman edir.

Şübhəli bilinən 21 yaşlı şəxs azadlıqdadır, o silahlı və təhlükəlidir, onu polis axtarır./Report/

 

COP29