ABŞ-da stadionda atışma – 10-dan çox yeniyetmə yaralandı

ABŞ-ın Alabama ştatında silahlı atışma baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Mobil şəhərinin “Ledd-Piblz” stadionunda futbol matçından sonra baş verib.

Atışma nəticəsində azı 10 nəfər yaralanıb. Bildirilir ki, yaralananlar 15-18 yaş arasında yeniyetmələr olub.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.