ABŞ-da təyyarə qəzası baş verib.
Yeniçağ.Az “Report-a istinadən xəbər verir ki, bu barədə xəstələrə hava nəqliyyatı xidmətini həyata keçirən Rico Aviation şirkətindən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə Texas ştatının Amarillo şəhərində qeydə alınıb. Belə ki, yüngül mühərrikli təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub. Həlak olanlar ekipaj üzvləridir.
Qəzanın başvermə səbəbləri hələlik məlum deyil. Yerli polis güman edir ki, hadisə əlverişsiz hava şəraiti – gücü saniyədə 24 metrə çatan küləklə əlaqədar ola bilər.
Yeniçağ.Az