ABŞ-da təyyarə qəzası: ölənlər var

Kanadaya məxsus kiçik təyyarə ABŞ-da qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə yerli vaxtla saat 11:00-da qeydə alınıb.

ABŞ-ın Kanada ilə sərhədindəki Men ştatında baş verən qəza zamanı 3 nəfər həlak olub.

Təyyarə Kanadanın Pembrok şəhəri istiqamətində uçurmuş.

Faktla bağlı təhqiqat başlayıb. Hadisənin səbəbi araşdırılır.