ABŞ-ın Corciya ştatının şimalında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər həlak olub.
Qeyd edilib ki, Florida ştatından İndiana ştatına uçan təyyarənin göyərtəsində pilot və bir ailənin 4 üzvü olub.
ABŞ-ın Mülki Aviasiya Federal İdarəsindən bildiriblər ki, təyyarə fırtınaya düşüb, amma qəzanın məhz bu səbəbdən baş verdiyini demək mümkün deyil.
Hadisənin digər təfərrüatları açıqlanmır.