ABŞ-da təyyarə qəzası – Ölənlər var

ABŞ-ın Uest-Cordan şəhərində (Yuta ştatı) Piper-32 təyyarəsi yaşayış binasına düşüb.

Yenicag.az xəbər verir ki, təyyarədə 6 nəfər olduğu bildirilib.

Məlumata görə, onlardan bir neçəsi yaralanıb, ölənlərin olduğu ehtimal edilir.

Hadisə yerində yanğın başlayıb. Üç yaşayış binasına ziyan dəyib.