ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Oreqon ştatında yüngülmotorlu “Piper PA-46” təyyarəsi qəzaya uğrayıb.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, hadisə Harrisberi şəhəri yaxınlığında qeydə alınıb.

Təyyarənin göyərtəsində olan 4 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır. İlkin versiyaya görə, təyyarənin qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub.

Yeniçağ.Az