ABŞ-ın Texas ştatının Maypörl şəhərində 2 ay əvvəl vəfat etmiş Filip Veltman bələdiyyə sədri seçilib.
Yenicag.az xəbər verir ki, seçimlərə namizədliyini irəli sürən Veltman 15 martda həyatını itirməsinə baxmayaraq, seçkilərdə qalib gəlib.
Qarışıqlığa səbəb isə Veltmanın siyahıda dəyişiklik edilməsi üçün nəzərdə tutulan son gündən sonra ölməsi olub.
Bu səbəbdən də onun adı seçki bülletenlərindən çıxarıla bilməyib və nəticədə o qalib gəlib.