ABŞ-da Tramp tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib

ABŞ-da, Kaliforniya ştatının Berkli şəhərində prezident Donald Trampın tərəfdarları və əleyhdarları arasında baş vermiş qarşıdurma nəticəsində üç nəfər xəsarət alıb.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, Trampa dəstək olanlar onun əleyhdarları ilə mübahisəyə girərək qarşıdurma yaradıblar.

Qarşıdurmaya polis əməkdaşları müdaxilə ediblər, üç nəfər xəsarət alıb.

https://youtu.be/KPlLCi2MLoQ

Yeniçağ.Az