ABŞ-da universitetə silahlı hücum – Ölən və yaralananlar var/FOTO

ABŞ-ın Texas ştatında universitetə silalı hücum olub.

Yenicag.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Greenvill şəhərində “Texas A&M” Universitetində keçirilən tədbir atəşə tutulub.

İlkin məlumatlarda 2 nəfərin öldüyü və 10-dan çox yaralının olduğu bildirilir.

Atəş açan şəxsin və ya şəxslərin kimliyi və saxlanılıb-saxlanılmadığı hələ ki, ictimaiyyətə açıqlanmır.