ABŞ-da zəncirvari qəza: 8 nəfər xəsarət aldı

ABŞ-nın Florida ştatında yol qəzası baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Disney World” əyləncə parkı yaxınlığında zəncirvari qəza baş verib.

Nəticədə 7 nəfər ölüb. Onlardan 5-i uşaqlardır.

8 nəfərin xəsarət aldığı bildirilir.

Qəzadan sonra nəqliyyat vasitələrində yanğın əmələ gəlib. 3 avtomobil tamamilə yanıb.