ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulmasından narahatdır.
Yenicag.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyertin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur: “ABŞ ötən həftə təmas xəttində itki ilə nəticələnən atəşkəs rejiminin pozulmasından dərin narahatdır. Biz tərəfləri eskalasiyadan çəkinməyə, gərginliyin azaldılması üçün səylər göstərməyə çağırırıq”.