!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ daha bir müttəfiqini itirir: Kim Çen In Trampa qarşı mübarizəni qazanır

!Reklam – Yazi

“Cənubi Koreya və ABŞ arasındakı əlaqələrə iki suveren dövlət perspektivindən yanaşılmalıdır”.

Yenicag.az xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Cənubi Koreya lideri Mun Çe İn bildirib.

Şimali Koreyaya qarşı sanksiyaların müəyyən bir qisminin ləğv olunması ilə bağlı Seul rəhbərliyinin verdiyi açıqlamalara münasibət bildirərkən, ABŞ prezidenti Donald Tramp “İcazəmiz olmadan heç bir şey etmirlər” şəklində münasibət bildirib. Buna cavab olaraq Mun “İcazə almaq ifadəsi yanlış ifadədir. Cənab Tramp bunun yerinə müşavirə və ya razılaşma şəklində sözlər işlətsə, daha yaxşı olardı”, deyə qeyd edib.

Mun Seulun Şimali Koreyaya qarşı qoyulmuş sanksiyaları aradan qaldırmaq üçün ABŞ-ın təsdiqinə ehtiyac duymadığını vurğulayıb: “Cənubi Koreya müstəqil və suveren bir dövlətdir. ABŞ prezidenti necə belə danışa bilər? Biz niyə ABŞ-ın əmrləri ilə oturub durmalıyıq? Əgər kiminsə əmrlərinə tabe olmaq məcburiyyətindəyiksə, biz müstəqil bir ölkə sayılarıqmı?”.

Qeyd edək ki, oktyabrın 10-da Cənubi Koreyanın xarici işlər naziri açıqlama verərək Seulun 2010-cu ildə 45 nəfər Cənubi Koreyalı dənizçinin ölümünə səbəb olan gəmi hücumundan sonra “24 May tədbiri” kimi adlandırılan sanksiyaların böyük bir hissəsinin ləğv edilməsi məsələsini müzakirə etdiklərini bildirmişdi.

Bu açıqlamadan dərhal sonra Tramp Cənubi Koreyanın ABŞ-ın razılığı olmadan rəsmi Pxenyana qarşı olan sanksiyaları ləğv etməyəcəyini bildirmişdi: “Bizim icacəmiz olmadan etməyəcəklər”.

Cənubi Koreyaya aid döyüş gəmisinin 2010-cu ildə batırılmasının ardından Cənubi Koreya gəmini batırmaqda günahlandırdığı Şimali Koreyaya qarşı təktərəfli sanksiyalar tətbiq etməyə başlamışdı.

Həşim Səhrablı

www.yenicag.az

5461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv