ABŞ daha bir ölkədən qoşunlarını çıxarır – Baş nazir açıqladı

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqdakı missiyasının bitmə tarixi yaxın zamanlarda açıqlanacaq.

Yenicag.az xəbər verir ki, bunu İraqın baş naziri Məhəmməd Şia əs-Sudani “Bloomberg”ə müsahibəsində deyib.

“2024-cü ilin İraqı 2014-cü ilin İraqı ilə eyni deyil. İŞİD-i İraq xalqının verdiyi fədakarlıqlar və mövqelər sayəsində məğlub etdik. Belə qənaətə gəldik ki, artıq 86 ölkənin koalisiyasının mövcudluğuna ehtiyac yoxdur”, – hökumət başçısı bildirib.

Onun sözlərinə görə, koalisiya qüvvələrinin ölkədən çıxarılması proseduru ilə bağlı razılıqlar əldə olunub.

Eyni zamanda, siyasətçi qeyd edib ki, missiyanın başa çatması “İraqla koalisiya ölkələri, o cümlədən ABŞ arasında uçurum” demək deyil. Əl-Sudani əlavə edib ki, Bağdad “davamlı təhlükəsizlik əlaqələri” yaratmaq üçün Vaşinqtonla ikitərəfli danışıqlar aparır.

“Biz müharibə dövründən sabitlik dövrünə keçid etdik. İŞİD İraq dövləti üçün təhlükə yaratmır”, – deyə baş nazir vurğulayıb.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, hazırda İraqda “Inherent Resolve” missiyasının bir hissəsi kimi 2500-ə yaxın Amerika əsgəri var.

Nəsimi Ələsgərli

COP29