ABŞ-dakı hər seçimin qalibini öncədən bilən namizədini açıqladı

trumpweddingABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi demokratların namizədi Hillari Klintonla respublikaçıların nümayəndəsi Donald Trump ilk dəfə ABŞ saatı ilə 21.00-da açıq debata çıxacaqlar. Yenicag.az xəbər verir ki, televiziya proqramında qarşı-qarşıya gələcək namizədlərin çıxacaqları proqramı 75-100 milyon arası ABŞ vətəndaşının izləyəcəyi gözlənilir.

Bu arada ABŞ mediası 1984-cü ildən bəri başqanlıq seçimlərində hansı namizədin qazanacağını bilən siyasi tarixçi Allan Lichtmanın versiyasını yayımlayıb. “Vaşinqton Post”un xəbərinə görə, 69 yaşlı Lichtmanın bu seçkilərdəki favorit namizədi Donald Trumpdur.

Yenicag.az

COP29