“Rusiya artıq qapımızın ağzında dayanıb”.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Almaniyadakı səfiri Riçard Gernell söyləyib.
Səfir Almaniyanı müdafiə xərcləri barəsində daha qənaətli davranmağa çağıraraq, “Rusiya artıq qapımızın bir addımlığındadır” şəklində fikirləriini izah edib.
ABŞ səfiri Almaniyanın müdafiə xərclərini 1,5%-dək (ÜDM-in) artırmaq öhdəliyinə də toxunaraq, bunun yetərli olmadığını qeyd edib.
Gernell həmçinin Rusiyanın mövcud təhlükəsini nəzərə alaraq, NATO-nun zəiflətməsini təhlükəli adlandırıb.