ABŞ-dan Camal Qaşıqçının qətli ilə bağlı YENİ SANKSİYA

Jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı ABŞ xarici işlər nazirliyi daha bir açıqlama yayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada Səudiyyə Ərəbistanının keşmiş İstanbul baş konsulu Məhəmməd əl Uteybinin adının sanksiya siyahısına salındığı bildirilib. Jurnalistin cinayətində əli olduğu deyilən Uteybiyə insan hüquqlarını pozan şəxs qismində “Beynəlxalq Maqnitski İnsan Hüquqları Məsulliyyət Qanunu” çərçivəsində sanskiya tətbiq olunacaq.

Xatırladaq ki, tanınmış jurnalist bəzi sənədləri almaq üçün Səudiyyə Ərəbistanının İstanbul baş konsulluğuna daxil olmuş və buradan sağ çıxa bilməmişdir. Belə ki, paytaxt Riyaddan gələn 15 nəfərlik cinayətkar dəstəsi onu qətlə yetirmişdi.

Qeyd edək ki, Uteybi bunun ardından saxlanılacağını düşünürək təcili Türkiyədən qaçmışdı.

COP29