ABŞ-dan dollarla bağlı – Son qərar

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25% – 1,25%-dən illik 1,50%-ə qədər artırıb.

Yenicag.az xəbər verir ki, bu barədə FED-in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu, 2017-ci ilin iyunundan faiz dərəcəsinin artımı haqqında ilk qərardır. FED bundan əvvəl uçot dərəcəsini iki dəfə – martda və iyunda artırıb.

Bununla da Federal Ehtiyat Sisteminin Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin iki günlük iclası öz işini yekunlaşdırıb.