ABŞ-dan dünya şöhrətli şirkətlərə qarşı antimonopoliya istintaqı

ABŞ hökuməti Amazon, “Facebook”, “Apple” və “Google” şirkətlərinə qarşı antimonopoliya istintaqını başlatmağa hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu istintaqın əsas məqsədi sadalanmış şirkətlərin bazardakı vəziyyətlərindən sui-istifadə edib-etməmələrini yoxlamaqdır.

Məlumata əsasən ABŞ-ın federal ticarət komissiyası bu məsələ ilə bağlı Amazon ilə “Facebook” şirkətlərini, maliyyə nazirliyi isə “Apple” ilə “Google”şirkətlərini yoxlayacaq. Məlumatda qeyd olunub ki, ABŞ hökuməti rəsmi istintaqın aparılıb-aparılmamasına hələ qərar verməyib.

Qeyd edilib ki, son zamanlarda böyük texnoloji şirkətlər öz nüfuzlarının adi istifadəçilərə və bazardakı digər təmsilçilərə təsir göstərmələri üzrə qanunvericilərin, adi insanların və rəqiblərin qorxularına tuş gəliblər. Sadalanmış şirkətlər isə istintaq məsələsi ilə bağlı fikir bildirməkdən imtina ediblər./Technote/

COP29