“Ukrayna Rusiyaya qarşı başlatdığı əks-hücum əməliyyatlarında heç bir uğur əldə etməyib”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynanın əks-hücum əməliyyatlarının gedişi haqda danışan ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş polkovniki Sedrik Leyton deyib.
O, bildirib ki, əks-hücum əməliyyatı Ukrayna ordusunun üzləşdiyi ciddi problemlər üzündən iflasa uğrayıb:
“Səkkiz ay ərzində Ukrayna Silahlı Qüvvələri heç bir yerə yerdəyişmə edə bilməyib. Təəssüf ki, hər şey statikdir. Ukrayna Rusiyaya qarşı başlatdığı əks-hücum əməliyyatlarında heç bir uğur əldə etməyib.
Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna mükəmməl hazırlaşıb. İkiqat, bəzi yerlərdə isə üçqat müdafiə xətləri sayəsində Rusiya düşmənin irəliləməsinin qarşısını ala bilir. Bu müdafiə xəttini yarıb-keçmək mümkünsüzdür.
Əks-hücum əməliyyatlarının uğursuz olmasında digər problem isə aviasiyadır. Kiyev hazırda F-16 qırıcıları tələb edir. Lakin onların uçması üçün təlimlər uzun vaxt tələb edir. Bu qırıcıların idarəetmə sistemi Ukrayna silahlı qüvvələrinin öyrəşdiyindən xeyli fərqlənir”.
Nəsimi Ələsgərli