!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dan FETÖ-ya rədd cavabı: Dövlətdən hər il 6 milyon dollar alırdı

!Reklam – Yazi

ABŞ-ın Luiziyana ştatında FETÖ terror şəbəkəsinə məxsus “Kenilworth” Bilik və Texnologiya Məktəbinin fəaliyyətini genişləndirməklə bağlı müraciəti rədd olunub.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ-nun “Kenilworth” Bilik və Texnologiya Məktəbinin fəaliyyətinin bərpasına dair ərizəyə baxan Luiziana ştatının paytaxtı Baton Rujdakı Təhsil Qurumu bu müraciəti təmin etməyib.

Qeyd olunur ki, “Kenilworth” Bilik və Texnologiya Məktəbinin sözügedən müraciətində bu müəssisənin orta təhsil bölümündə əlavə lisey yaradılmasına icazə verilməsi xahiş olunurdu.
Ştatın Təhsil Qurumu bu müraciəti özünün açıq iclasında müzakirəyə çıxarıb və yekdilliklə rədd edib.
Xatırladaq ki, Federal Təhqiqatlar Bürosu (FTB) 2013-cü il dekabrın 11-də “Kenilworth” Bilik və Texnologiya Məktəbində əməliyyat keçirərək, bütün sənədləri müsadirə edib, o cümlədən müəssisənin ticarət əlaqələrinə dair istintaqa başlayıb.

Lakin ABŞ-ın Ədliyyə Nazirliyinin Luiziana Middl Dairəsi üzrə Federal Prokurorluğu 2015-ci il dekabrın 31-də istintaqın dayandırılmasına qərar verib.

FETÖ-ya məxsus Pelikan Təhsil Vəqfi tərəfindən 2009-cu ildə yaradılan həmin məktəb fəaliyyətdə olduğu müddətdə federal və ştat büdcəsindən hər il 6 milyon dollar yardım alıb.

Yenicag.Az

www.yenicag.az

822
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv