Amerika Birləşmiş Ştatlarında (ABŞ) FETÖ terror şəbəkəsinə qarşı geniş əməliyyata başlanılıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) ilə Miqrasiya və Gömrük Nazirliyi dünəndən etibarən, Amerikadakı FETÖ teror şəbəkəsinə qarşı Ohayo və İllinoys ştatlarında birgə əməliyyat keçirir.
Məlumata görə, başladılan əməliyyatlarla paralel olaraq, Amerika federal məhkəmələrində FETÖ ilə əlaqələri müəyyənləşdirilən 32 nəfər haqqında məhkəmə prosesi başladılıb.
Məhəkəməyə təqdim edilən sənədlərdə həmin şəxslərin vergi ödəyicilərinin əmlaklarından sui-istifadə etdiklərinə dair sübutlar, həyata keçirilən valyuta əməliyyatları və Türkiyədə cinayət hadisələrinin maliyyələşdirilməsinə dair dəlillər yer alıb.