ABŞ-dan Gülən açıqlaması: “Qaytaracağıq, amma…”

ABŞ Ədliyyə Nazirliyi FETÖ terror təşkilatının lideri Fətullah Gülən barədə açıqlama verib.

Yenicag.az bildirir ki, bu barədə məlumatı Rusiyanın “TASS” agentliyi yayıb. ABŞ Ədliyyə Nazirliyinin mətbuat katibi Nikola Navas Oksman Gülənin Türkiyəyə qaytarılması barədə danışıb:

“O, Türkiyəyə qaytarılacaq, amma əvvəlcə bu məsələ ilə əlaqədar Türkiyə hökumətinin təqdim edəcəyi bütün materialları nəzərdən keçirməliyik. Gülənin qaytarılması məsələsində qərar həqiqətlərə və ABŞ-ın müvafiq qanunlarına uyğun veriləcək”.

Qeyd edək ki, FETÖ terror təşkilatının başçısı Fətullah Gülən Türkiyədə qanuni hökumətə qarşı çevrilişə cəhd və Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsində təqsirkar bilinib və haqqında həbs qərarı verilib.

COP29