ABŞ-dan Gürcüstana 640 milyonluq yatırım

9e2512b1a996061a1ff54b942c4d2cc62015-ci ildə ABŞ Gürcüstanın enerji sektoruna təxminən 640 milyon dollar investisiya qoyacaq.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze “Rustavi-2” televiziyasına müsahibəsində bildirib.

Gürcüstanın Energetika Nazirliyi bu il nəzərdə tutulan investisiyadan 300 milyon ABŞ dolların Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsinə sərf olunacağını da planlaşdırıb.

K. Kaladze Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Xəzər dənizinin Azərbaycan sektorunun Şahdəniz yatağından başlayan və Gürcüstandan keçməklə Gürcüstan-Türkiyə sərhədinədək qaz nəql edəcək boru kəmərinin ikinci mərhələdə genişləndiriləcəyini bildirib: “Bu layihənin genişləndirilməsi Xəzər dənizindən Avropaya qazın ötürülməsində Cənub Dəhlizi Qaz Boru Kəməri ilə ilk əlaqə yaradacaq və bu ilk şəbəkə olacaq. Bu layihənin tikintisi 2018-ci ildə sona çatacaq.”