ABŞ hökuməti İrana qarşı sanksiyaları genişləndirib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin 17 polad və dağ mədən şirkətinə qarşı sanksiya tətbiq edildiyini bildirib. Onun sözlərinə görə, bu şirkətlərə məxsus ticarət gəmiləri də “qara siyahı”ya salınıb.
Bundan əlavə, İranın 8 yüksək rütbəli hərbçisinə sanksiya qoyulub. Həmin şəxslərin İraq ərazisində ABŞ və koalisiya hərbçilərinin yerləşdiyi bazalara raket hücumunda əli olduğu iddia edilir.