ABŞ-dan İrana “xaker” cavab: “Tramp özü əmr etdi ki…”

ABŞ-ın Pilotsuz Uçuş Aparatının vurulmasına qarşılıq olaraq İran hərbi sistemlərinə xaker hücumlar edilib.

Yenicag.az xəbər verir ki, bu barədə iki ABŞ səlahiyyətlisi “Associated Press” agentliyinə məlumat verib.

Onlar hücumların birbaşa Tramp-ın əmri ilə həyata keçirildiyini bildirib. Məsələyə münasibət bildirən başqa ABŞ səlahiyyətlisi də məlumatı təsdiqləyib.

Hücum zamanı İran ordusunun raketlərini idarə edən kompüter sistemlərinin hədəfvalındığı qeyd edilib.

Həşim Səhrablı

COP29