ABŞ-dan İrana xəbərdarlıq: Qisas alınacaq!

İrana bağlı qruplaşmaların ABŞ qüvvələrinə qarşı hücumları Tehranın Amerikaya qarşı birbaşa hücumu hesab olunur.

Yenicag.az xəbər verir ki, bunu respublikaçı senator Tom Kotton oktyabrın 19-da sosial media hesabında bildirib.

O, son günlər İrana bağlı silahlı qruplaşmaların bölgədəki Amerika mövqelərinə hücumları barədə Tehrana xəbərdarlıq edib:

“Bunun geniş şəkildə ağır qisası alınacaq”./Axar