ABŞ, Əbu Bəkr əl-Bağdadinin məhv edilməsindən sonra İŞİD terror qruplaşmasının yeni lideri olmuş şəxsin kimliyi barədə demək olar ki heç nə bilmir.
Yenicag.az-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi brifinqdə bildirib.
Onun sözlərinə görə, Amerika hakimiyyəti silahlıların yeni lideri haqqında “demək olar ki heç nə bilmir”.
Diplomat qeyd edib: “Onun kimliyi, yəqin ki, heç kimə məlum deyil. Heç kim onun keçmişi haqqında bilmir”.
Ötən həftə ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın İŞİD-in yeni liderinin kim olduğunu dəqiq bildiyini söyləyib. Daha sonra jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin terror ilə mübarizə məsələləri üzrə koordinatoru Neytan Seyls, Vaşinqtonun İŞİD-in yeni liderinin kimliyi barədə dəqiq məlumatının olub-olmaması barədə suala cavab verməkdən yayınıb./Trend/