!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dan Rusiyaya xəbərdarlıq - Süper güclər yenidən qarşı-qarşıya

!Reklam – Yazi

ABŞ və Rusiya arasındakı gərginlik yenidən artıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın süper gücləri beynəlxalq arenada yaranan fikir ayrılıqlarına görə bir-birilərinin ünvanına sərt bəyanatlar verirlər. Rusiya XİN başçısı Sergey Lavrovun ABŞ-ı Suriyadan tamamilə çıxmağa çağırasından bir neçə saat sonra ABŞ cavab həmləsi ilə çıxış edib.

Belə ki, ABŞ Rusiyanın Cənubi Osetiya və Abxaziyadakı varlığının qeyri-leqal olduğunu bildirib və dərhal bu əsgərlərin həmin əraziləri tərk etməsini tələb edib. Bəyanatda qeyd edilib ki, ABŞ Gürcüstanın ərazi bütövlüyünü tam tanıyır və Suriya hökümətinin seperatçı rejimləri tanımasının arxasında Rusiyanın olduğunu aydın bilir.

www.yenicag.az

1543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv