ABŞ-dan Rusiyaya YENİ ULTİMATUM: “Sizə baha oturacaq…” – VİDEO

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyaya növbəti dəfə xəbərdalıq edib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Marşal Billinqsli ölkəsinin Rusiyaya qarşı növbəti ultimatumunu açıqlayıb.

Məlumata görə, Marşal Billinqsli “Kommersant” nəşrinə müsahibəsində Rusiyanın ABŞ tərəfindən irəli sürülmüş strateji hücum silahlarının ixtisarına dair təklifini qəbul etməyə çağırıb.

Billinqsli xəbərdarlıq edib ki, Rusiya o addımı indi atmasa, Donald Trampın yenidən prezident seçilməsindən sonra bu imtina Moskvaya baha oturacaq.