Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

ABŞ-dan Türkiyəyə böyük HƏDƏ - "S-400" sazişindən imtina üçün iki həftə vaxt verdi    

ABŞ hökuməti Türkiyəyə Rusiya “S-400” zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.

Yenicag.az xəbər verir ki, NBC telekanalının yaydığı məlumata görə, Ankara iki həftə ərzində Moskva ilə imzalanan “S-400” razılaşmasından imtina etməli və Amerikanın “Patriot” raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə Vaşinqton Türkiyəni “F-35” proqramından çıxaracaq.

Ağ Ev adminstrasiyasının tələbini yerinə yetirməyəcəyi təqdirdə Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etmək ilə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib.

O cümlədən NATO-nun mümkün reaksiyası da gözlənilir.

www.yenicag.az

9254