!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dan Türkiyəyə dəstək – 6 qırıcı göndərildi

!Reklam – Yazi

F-15C EAGLE

Türkiyə sərhədlərini Rusiya Hərbi hava Qüvvələrindən qorumaq üçün ABŞ qırıcı təyyarələri Türkiyəyə gəlib.

Artıq 6 “F15С Eagle” qırıcı təyyarəsi Türkiyədəki İncirlik bazasına gəlib. Bundan əlavə onlar İŞİD-ə qarşı vuruşmağa da kömək edəcəklər.

Amerika Müdafiə İdarəsinin mətbuat katibi Peter Kuk bildirib ki, müvafiq xahişlə ABŞ-a Türkiyə hökuməti müraciət edib. Kuk onu da qeyd edib ki, sözügedən fəaliyyət NATO müttəfiqinin təhlükəsizliyini təmin etmək və İŞİD-ə qalib gəlmək öhdəliyindən irəli gəlir.

İncirlik bazasına həmçinin əlavə qırıcı-bombardmançı təyyarələri göndəriləcək. Bu təyyarələrdən isə Türkiyə terrorçularla mübarizədə istifadə edəcək.

Qeyd edək ki, bu ilin oktyabrında rəsmi Ankara Rusiyanın Türkiyədəki səfirinə hərbi təyyarələrin sərhədi keçməsinə etirazla bağlı nota təqdim edib. Türkiyə xarici işlər nazirinin müavini Əli Kamal Aydın bildirib ki, Rusiya təyyarələrinin oktyabrın 3-dən 10-a kimi 13 dəfə sərhədi pozması qeydə alınıb. Oktyabrın 16-da Türkiyə hava sərhədini keçən pilotsuz uçan aparat vurub. Bundan sonra Türkiyə sərhədi keçən təyyarələri vuracağı ilə bağlı xəbərdarlıq edib.

Noyabrın 24-də isə Türkiyə hava sərhədini pozan Rusiya qırıcısını vurub.

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv