ABŞ-dan Türkiyəyə qarşı çox ağır şərtlər – Məsələ heç də “ruhani” deyil

ABŞ ilə Türkiyə arasında davam edən “rahib krizi” davam edir.

Yenicag.az xəbər verir ki, Türkiyəyə təzyiq mexanizmini işə salan ABŞ münasibətlərin nizama salınması üçün 8 şərt irəli sürüb.

Belə ki, rahib Branson sərbəst buraxılsa da, ABŞ-ın irəli sürdüyü digər şərtlərin yerinə yetirilməsi imkansızdır. Müharibədə zəfər çalan tərəfin belə bu qədər ağır şərtlər irəli sürdüyü görülməyib. Qısacası, Tramp Ərdoğandan Türkiyəni köhnə dövrə – ABŞ önündə “hazır ol”da olmağa dəvət edib ki, yeni Türkiyənin belə bir şərtlərə təslim olmaycağını Ağ ev də bilir.

Şərtlər:

1. Rahib Endryu Branson daxil olmaqla, 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı saxlanılan 20 nəfər azad edilməlidir. 15 avqusta qədər Bransonun azadlığa buraxılması üçün Ankaraya vaxt verilib.

2. Türkiyə əhatəli şəkildə İrana sanksiya tətbiq etməlidir.

3. Rusiyadan S-400 havadan müdafiə sisteminin alınmasından imtina edilməlidir.

4. Ankara Qüds siyasətinə yenidən baxmalıdır.

5. Kipr adası ətrafında qaz və neft axtarışından imtina edilməlidir.

6. “Xalqbank”a tətbiq ediləcək cəzaya razı olmalıdır.

7. Ankara Fətullah Gülənin ekstradisiyasını tələb edən dosyeni bağlamalıdır.

8. Türkiyə sahib olduğu önəmli mədənlərdə lisenziyaları ABŞ şirkətlərinə verməlidir.

Qısacası, ABŞ bu tələblərlə NATO ortağını sürətlə itirməkdədir.

COP29