ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi rəhbəri Inhof, Türkiyəyə Rusiyadan S-400 havadan müdafiə qurğularının alınmasını dayandıraraq, “Qərb və Rusiya arasında seçim etməyi” məsləhət görüb.
Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg”ə açıqlama verən Xames Inhof bildirib.
“Türkiyə F-35 proqramında qalmaq istəyirsə mütləq S-400-lərin alışını dayandırmalıdır. Əks təqdirdə Türkiyənin F-35 proqramına daxil ediləcək 8 partnyor ölkədən biri olma barədəki razılaşmaya yenidən baxılacaq. Beləcə Türkiyə Qərb və Rusiya arasında seçimini etmiş olacaq” – deyə Inhof qeyd edib.
“Türkiyə NATO-da önəmli tərəfdaşdır. Ancaq bu şəkildə davranmağı bizi qane etmir. Ola bilər ki, havadan müdafiəyə ehtiyac duysunlar, ancaq önəmli olan NATO tərəfdaşlığıdır. Buna görə də Qərb və Rusiya arasında seçimini etməlidir” – deyə diplomat əlavə edib.