ABŞ-dan Venesuelaya SANKSİYA

ABŞ hökuməti Venesuelanın Xarici İşlər naziri Xorxe Arreazaya qarşı sanksiya tətbiq edib.

Yenicag.az xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyinin verdiyi bəyanatda nazirlə yanaşı, hakim Karol Padilla da Venesuelada davam edən böhrana görə məsuliyyət daşıdığı bildirilir.

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin (Steven Mnuchin) Venesueladakı mövcud hökumət rəsmilərinə qarşı təzyiqləri davam etdirəcəklərini açıqlayıb.