Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ-dan yeni Türkiyə açıqlaması : “Branson buraxılsa da....”

Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders ABŞ Türkiyə münasibətlərindən söz açıb.

Yenicag.az-ın məlumatına görə, Sanders bildirib ki, ABŞ Türkiyənin Vaşinqtonun analoji fəaliyyətinə cavab olaraq amerikan məhsullarına sanksiya qoymaq qərarından təəssüflənir.

Onun sözlərinə görə, bu fəaliyyət yanlışdır. Belə ki, ancaq “intiqam” məqsədi daşıyıb. Bu zaman ABŞ-da “milli təhlükəsizlik maraqları”na əsasən qərar qəbul olunub: “Türkiyə tərəfindən tətbiq olunan sanksiyalar təəssüf doğurur. Bu, yanlış istiqamətdə atılan addımdır”, -deyə Sanders qeyd edib.

O həmçinin bildirib ki, Türkiyənin iqtisadi problemləri uzunmüddətli trenddir və ABŞ-ın fəaliyyətinin nəticəsi deyil. Bununla yanaşı, ABŞ Türkiyə iqtisadiyyatı ətrafında yaranmış vəziyyəti və lirənin ucuzlaşmasını “izləyir”.

“ABŞ tərəfindən Türkiyəyə qarşı irəli sürülən sanksiyaların Ankara tərəfindən rahib Endryu Bransonun həbs edilməsilə əlaqəsi yoxdur. Odur ki, onun azad olunacağı təqdirdə belə, sanksiyalar qüvvədə qalacaq”, -deyə Sanders əlavə edib.

www.yenicag.az

10873
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100