ABŞ-də “Apple”ın mağazası qarət olundu – VİDEO

ABŞ-nin Filadelfiya şəhərində (Pensilvaniya ştatı) yüzlərlə talançı mağazalara, iaşə obyektlərinə hücum ediblər.

Yenicag.az xəbər verir ki, qarətə məşhur “Apple” şirkətinin mağazası da məruz qalıb.

Hadisə yerində polislə talançılar arasında toqquşma olub. Talanlarda 100-dən çox gəncin iştirak etdiyi bildirilir.
Talanla məşğul olan 20-yə yaxın şəxs saxlanılıb. Onların bəzilərində olan odlu silah müsadirə edilib.

Mənbə: Nbcphiladelphia.com