ABŞ-nin Azərbaycan icmasına ağır itki üz verib.
Yenicag.az xəbər verir ki, əvvəllər Kaliforniyanın Kupertino şəhərində yaşayan gənc həmyerlimiz Şahbaz Abdurrəhmanov Viskonsində intihar edib.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Şahbazın nəşini Bakıya göndərmək üçün Azərbaycan səfirliyi və diaspor təşkilatlarına müraciət olunub. Bu məqsədlə 3 min manat vəsait ayrıldığı bildirilir.
Hazırda cənazənin yola salınması üçün sənədləşmə işləri aparılır.