ABŞ-də baş verən atışma terror aktı sayılmır

ABŞ-nin Men ştatında baş verən atışma terror aktı kimi qiymətləndirilmir.

Yenicag.az xəbər verir ki, bu barədə ştatın İctimai Təhlükəsizlik Departamentinin rəhbəri Maykl Sasçaka məlumat verib.

Yüzlərlə hüquq-mühafizə orqanı əməkdaşı hadisəni törədən şəxsin axtarışına cəlb olunub.

“ABC News”un məlumatına görə, şübhəli şəxs Robert Kart keçmiş hərbçi olub və odlu silahlar üzrə təlimatçıdır.

Nəşrin bəzi mənbələri onun psixi pozğunluqdan əziyyət çəkdiyini də yazır.