ABŞ-də əhalinin siyahıyaalınmasında böyük SKANDAL

Amerika Birləşmiş Ştatlarında (ABŞ) əhalinin siyahıyaalınmasında böyük yanlışlığa yol verilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosu məlumat yayıb.

Qeyd edilib ki, 2020-ci ilin siyahıyaalınmasında 18,8 milyon nəfər əskik sayılıb.

Siyahıyalınmada əskik sayılanlar arasında qaradərililər və latınlar üstünlük təşkil edib.

Bildirək ki, ABŞ-də əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir.