ABŞ-də fövqəladə vəziyyət elan oluna bilər: Hərbi helikopterlər havaya qaldırıldı

 

“Keçəndəfəki seçkilərdən sonra ABŞ-nin çağdaş tarixində gözlənilməz bir hadisə – Kapitoliyə hücum baş verdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri Sədrəddin Soltan deyib.

 

 

 

Siyasi təhlilçi ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərindən öncə Vaşinqtonda gözlənilmədən fövqəladə hallara hazırlıq təliminin keçirilməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Qeyd edək ki, 12 hərbi helikopter Kapitoli yaxınlığında evakuasiya təlimində iştirak edib.

Mövzunu şərh edən S. Soltanın sözlərinə görə isə Ağ Evin qarşısı sərbəst zonadır və hər kəs orada aksiya keçirib şəkil də çəkdirə bilər:

“Odur ki, Ağ Evin qarşısında aksiya keçirilməsinə məhdudiyyət yoxdur. Lakin 2020-ci ildə baş verən hadisə ABŞ-nin mühafizə orqanları və təhlükəsizlik qurumlarını məsələyə bir qədər təhlükəsizlik baxımından daha etibarlı yanaşmağa məcbur etdi”.

Siyasi şərhçi əlavə edib ki, İsrail-İran münasibətlərinin gərginliyi fonunda da, ola bilsin ki, Ağ Evin qarşısında, hətta başqa strateji binaların ətrafında da təhlükəsizlik tədbirləri güclənə bilər:

“Yəni bu məsələ daha çox iki istiqamətdədir. Həm ölkə daxilində qarşıdan gələn prezident seçkiləri, həm də İran-İsrail münasibətlərinin gərginliyi ilə sözügedən proseslər baş verir. Çünki hər ikisi Birləşmiş Ştatların imicinə və təhlükəsizliyinə problem mənbəyi ola bilər”.

Rafi Müslümov

COP29