ABŞ-nin Nevada ştatında iki yüngülmühərrikli təyyarənin toqquşması nəticəsində iki pilot həlak olub.
Yenicag.az xəbər verir ki, bu barədə Rino Hava Yarışları Assosiasiyasının “X” sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilir ki, qəza hava şousu zamanı yaşanıb.
Qeyd olunur ki, hazırda ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası, yerli hakimiyyət orqanları və ABŞ-nin Federal Aviasiya Administrasiyası insidentin səbəblərini araşdırır.