!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-də nəhəng ilanlar çoxalır

!Reklam – Yazi

Floridanı bürümüş nəhəng pitonların çoxalmasını dayandırmaq artıq nəticə verməyəcək.

Yenicag.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin mütəxəssisləri bu qənaətə gəliblər.

Florida ştatında tünd pələng rəngli pitonların populyasiyası ilə bağlı uzun illər aparılan tədqiqatların nəticələri “NeoBiota” elmi jurnalında dərc olunan məqalədə ümumiləşdirilib. Onun müəlliflərinin fikrincə, yaxın gələcəkdə insanlar bu sürünənlərə qalib gələ bilməyəcəklər.

Uzunluğu altı metrə çatan pitonlar ABŞ-yə Cənub-Şərqi Asiyadan gəlib. Ehtimal olunur ki, 1992-ci ildə Florida ştatında yaşanan Endrü qasırğası zamanı heyvanxanalardan və heyvan mağazalarından qaçan ilanlar sürətlə çoxalaraq indi ştatda insanlar üçün təhlükəyə çevriliblər.

2022-ci ildə ştatda illik piton ovu zamanı cəmi 231 piton öldürülüb və bu onların sayını azaltmaq üçün kifayət etməyib. Hətta Hindistandan Floridaya dəvət olunmuş irsi ilan tutanlar belə vəziyyəti xilas edə bilməyiblər.

Alimlərin fikrincə, artıq Floridadakı pitonları tamamilə məhv etmək mümkün deyil və yerli sakinlər bu nəhəng sürünənlərlə birgə yaşamağa alışmalıdırlar.

www.yenicag.az

245
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv