ABŞ-də parad zamanı atışma oldu – Yaralananlar var

ABŞ-nin Massaçusets ştatının Boston şəhərində Karib dənizi mədəniyyətinə həsr olunmuş parad zamanı atışma olub, hadisə nəticəsində azı 7 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə CNN yerli polisə istinadən məlumat yayıb.

Zərərçəkənlər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Polis bir neçə nəfəri saxlayıb və onlardan odlu silahlar müsadirə edilib