ABŞ-də pis hava şəraiti azı doqquz nəfərin ölümünə səbəb oldu

ABŞ-nin cənub hissəsində tornado və güclü yağışlar nəticəsində azı doqquz nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, tornado və leysan yağışlara səbəb olan siklon ölkənin şimal-şərqinə doğru irəliləyir və burada proqnozlara görə, güclü qar yağmasına səbəb ola bilər.

Təbii fəlakətlərdən zərər çəkmiş ştatlarda 1,4 milyondan çox ev və müəssisə işıqsız qalıb.