ABŞ-də qadağalarla bağlı TƏKLİF: Bu qurumların ləğvi istənilir

Amerikada elan edilən və sosial mediada əsas müzakirə mövzusu olan “Project 2025” planı federal hökumətin tamamilə mühafizəkarlaşdırılması və yeni strukturlaşmasını özündə cəmləşdirir. Plan bir qrup mühafizəkar tərəfindən irəli sürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Strateji Dialoq Mərkəzi” – ISD mənbələrə istinadla məlumat yayıb.

Qəzet yazır ki, əsas məqsəd FBI, Daxili Təhlükəsizlik Departamenti, Daxili Ticarət Departamenti kimi qurumların ləğvi, bir sıra federal orqanların maliyyələşdirilməsini dayandırmaq, eyni zamanda, pornoqrafiyanı cinayət elan etmək, pornoqrafik şirkətləri qadağan etmək, daxildə bir sıra vergi güzəştləri və xarici şirkətlər üçün yeni vergi rüsumları, habelə iqlim dəyişiklikləri ilə bağlı fondları ləğv etməkdir.

“Həmçinin departamentlərin sayının azaldılması da əsas məqsəddir. Lakin bu planın həyata keçməsi çox çətindir, hər iki partiya – Respublikaçılar və Demokratlar daxilində ciddi müqavimət var”, – deyə məlumatda qeyd olunub.

Rafi Müslümov

COP29