ABŞ-də seçkiöncəsi vəziyyət GƏRGİNLƏŞİR: İnsanlar Trampın ətrafında toplanmağı seçir – SƏBƏB

“ABŞ-də prezident seçkiləri ərəfəsində vəziyyətin gərgin olacağı gözlənilən idi”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də keçirilən seçkilərə namizəd olan keçmiş prezident Donald Trampa qarşı baş verən sui-qəsdin hansı mesajları ehtiva etdiyi barədə fikirlərini səsləndirən politoloq Tural İsmayılov deyib.

 

Onun sözlərinə görə, insanların böyük qismi hazırki prezident Co Baydenin yalnış qərarlarından bezərək, Donald Trampın ətrafında toplanmağı seçib.

“Bayden administrasiyasına nisbətdə Trampın beynəlxalq münasibətlərlə bağlı mövqeyinin adekvat olduğunu etiraf etmək lazımdır. Nəticə etibarilə ikiyə bölünən fərqli fikirləri susdurmaq üçün belə hadisələr baş verir”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29