ABŞ-də seriyalı qatil DƏHŞƏTİ: Polis vətəndaşlara xəbərdarlıq etdi

ABŞ-nin Kaliforniya ştatında silsilə qətllər törədildiyi bəlli olub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Stokton şəhərində 6 nəfərin öldürüldüyü, bir nəfərin isə yaralandığı açıqlanıb.

Bildirilib ki, cinayətlərdən 5-i iyul-sentyabr aylarında, biri isə keçən il törədilib. Bir qadın isə hücumdan canını yaralı olaraq qurtara bilib.

Cinayətlərin gecə törədildiyi aydinlasdirildiqdan sonra polis vətəndaşlara xəbərdarlıq edərək tək çölə çıxmamağı tövsiyə edib.