!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-də süni toyuq əti satılacaq - Qiyməti də açıqlandı

!Reklam – Yazi

Qida texnologiyaları şirkəti “Upside Foods” tezliklə bioreaktorlarda real heyvan hüceyrələrindən istifadə etməklə istehsal edilən toyuq ətini ABŞ bazarına təqdim edəcək.

Yenicag.az “Haberglobal”a istinadən bildirir ki, ABŞ Qida və Dərman Administrasiyası tərəfindən təsdiqlənmiş süni toyuq ətinin satışına çox az qalıb.

“Upside Foods” şirkətinin Baş direktoru Uma Valeti açıqlamasında bildirib ki, şirkət mal əti, qızılbalıq və ton balığı da daxil olmaqla, bir çox fərqli məhsul üzərində işləyir. Şirkət təxminən yeddi ildir ki, bu məsələ üzərində təcrübə aparır. Süni ət məhsulları tezliklə sınanmaq üçün ictimaiyyətə təqdim oluna bilər. Lakin dequstasiyalar yalnız seçilmiş bir neçə restoranla məhdudlaşacaq.

Bitki mənşəli ətdən fərqli olaraq, süni ət həqiqi heyvan hüceyrələrini ehtiva edir və nəzəri cəhətdən həqiqi ətin özündən fərqlənmir. Hüceyrələr əvvəlcə bir heyvandan alınır və sonra dondurulmuş hüceyrə xətlərinə çevrilir. Bu hüceyrə xətlərindən kiçik nümunələr daha sonra bioreaktorlara köçürülür, burada hüceyrələrin bölünməsi üçün lazım olan qidaları ehtiva edən böyümə mühiti ilə qidalanır. Hüceyrələr böyüdükdən və kifayət qədər toxuma növünə çatdıqdan sonra ət hazır olur. Süni ətin kilosu 17 dollara satılacaq.

Gülşən

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv