ABŞ-də tornado baş verdi – Ölən və yaralananlar var

ABŞ-ın cənubundakı Oklahoma və Texas ştatlarında tornado fəlakətləri baş verib. 

Yenicag.az xəbər verir ki, Oklahoma ştatı fövqəladə hallar idarəsinin direktoru Kodi MakDaniel tornado zamanı 1 nəfərin öldüyünü açıqlayıb.

Tornadonun böyük ziyan vurduğu 7 minə yaxın əhalisi olan İdabel rayonunda kilsə, tibb məntəqəsi və məktəb dağılıb: “İdabelin cənub və şərq tərəflərində tam dağıntı olub. Axtarış-xilasetmə qrupları hadisə bölgəsinə göndərilib”.

Texasda isə ən azı 50 evə ziyan dəyib və ya dağılıb, 10 nəfər isə yaralanıb.